Rusiyalı deputat şərikinin qətlini sifariş edib - YENİLƏNİB
18:26 Rusiya Federasiya Şurasının üzvü Dmitri Savelyevin həbsinin səbəbi məlum olub.
meqale.com APA-ya istinadən bildirir ki, o keçmiş şəriki və 2022-ci ildə külli-miqdarda mənimsəmə və israf etmə ittihamı üzrə 3 il azadlıqdan məhrum edilən iş adamı Sergey İonovun qətlini sifariş edib.
İstintaqa məlum olub ki, D. Savelyev onu cəzaçəkmə müəssisəsində qətlə yetirməklə bağlı göstəriş verib.
Qeyd edək ki, Dmitri Savelyev və Sergey İonov şərik olublar.
-------- 16:22 Rusiyalı senator Dmitri Savelyev Federasiya Şurasında saxlanılıb.
meqale.com APA-ya istinadən bildirir ki, o, qətlin təşkilində iştirakda şübhəli bilinir.
Bundan əvvəl baş prokuror İqor Krasnov senator Savelyevin toxunulmazlığının ləğv edilməsi xahişi ilə Federasiya Şurasına müraciət edib. Federasiya Şurası buna icazə verib və siyasətçi iclasdan çıxarkən saxlanılıb.