Rusiyalı məhbus “Pulitzer” mükafatına layiq görüldü
Rusiyanın müxalif ictimai xadimi olan jurnalist və publisist, xüsusi rejimli koloniyada 25 il həbs cəzası çəkən Vladimir Kara Murza "Pulitzer" mükafatına layiq görülüb.
meqale.com oxuya istinadən xəbər verir ki, Murza həbsdə olarkən "The Washington Post" üçün yazdığı bir sıra köşə yazılarına görə mükafata layiq görülüb.
2023-cü ilin aprelində Moskva şəhər məhkəməsi Vladimir Kara Murzanı ciddi rejimli koloniyada 25 il müddətinə azadlıqdan məhrum edib.