Rusiyalı ulduz futbolçu narkotikə görə tutuldu

Rusiya milli komandasının sabiq futbolçusu Aleksey Buqayev həbs edilib.

Rusiyalı ulduz futbolçu narkotikə görə tutuldu
Rusiya milli komandasının sabiq futbolçusu Aleksey Buqayev həbs edilib.

meqale.com qol.az-a istinadən xəbər verir ki, onun üzərində narkotik maddə olan 495 qrama yaxın mefedron aşkarlanıb. Krasnodar məhkəməsinin çıxardığı qərara əsasən, 42 yaşlı Buqayev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. O, satış məqsədilə narkotiklərin qeyri-qanuni dövriyyəsində ittiham olunur.

Qeyd edək ki, Buqayev 2001-2010-cu illərdə Rusiyanın "Torpedo" (Moskva), "Tom", "Lokomotiv" (Moskva), "Ximki" və "Krasnodar" klublarında çıxış edib. 2004-2005-ci illərdə Rusiyanın əsas millisində 7 oyun keçirib.