Rusiyanın 3 şəhəri üzərində 14 PUA zərərsizləşdirildi
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri gecə ərzində Ukraynaya məxsus 14 ədəd pilotsuz uçuş aparatını zərərsizləşdirib.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, hava əməliyyatları Kursk, Belqorod və Voronej səması üzərində həyata keçirilib.