"Rusiyanın Ermənistandakı hərbi bazası işə yaramayan anbardır"
Rusiyalı siyasi şərhçi Modest Kolerov Rusiyanın Ermənistandakı hərbi bazasının əhəmiyyəti barədə danışıb. meqale.com xəbər verir ki, o, "Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılması qaçılmazdır və bu, Paşinyan dövründə geri çəkiləcək. Mən də düşünürəm ki, hərbi bazanın çıxarılması təşəbbüsü ilə Ermənistan çıxış edəcək.
Hərbi bazanın mövcudluğu çoxdan dayanıb. Əgər o, hərbi plana uyğun işləmirsə, bu, sadəcə olaraq köhnəlmiş və bir çox hallarda artıq paslanmış, işlək olmayan hərbi texnikanın hərbi anbarıdır.