Rusiyanın hərbi karvanı Kurskda atəşə tutuldu - 26 ölü, 100-dən çox yaralı
Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində hərbi maşın karvanını atəşə tutması nəticəsində 26 nəfər hərbi qulluqçu ölüb, 100-dən çoxu isə yaralanıb.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Ukraynanın teleqram kanalları xəbər yayıb.
Məlumata görə, HIMARS-dan endirilən zərbələr zamanı Rusiya tərəfindən döyüşən bir batalyon sıradan çıxarılıb.