Rusiyanın Oryol vilayətinə PUA düşdü

Rusiyanın Oryol vilayətinin Soskovski rayonundakı tarlada pilotsuz uçuş aparatı (PUA) tapılıb.

Rusiyanın Oryol vilayətinə PUA düşdü
Rusiyanın Oryol vilayətinin Soskovski rayonundakı tarlada pilotsuz uçuş aparatı (PUA) tapılıb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə qubernator Andrey Klıçkov Telegram kanalında bildirib.

PUA-nın düşdüyü ərazi hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb və lazımi tədbirlər həyata keçirilir.

Klıçkovun sözlərinə görə, rayon sakinləri üçün heç bir təhlükə yoxdur, vəziyyət nəzarət altındadır.