Rusiyanın Xalq artisti xəstəxanaya yerləşdirildi

Rusiyanın Xalq artisti Aleksandr Pankratov-Çerni Moskvada xəstəxanaya yerləşdirilib.

Rusiyanın Xalq artisti xəstəxanaya yerləşdirildi
Rusiyanın Xalq artisti Aleksandr Pankratov-Çerni Moskvada xəstəxanaya yerləşdirilib.

meqale.com axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Sürücü ilə evə qayıdan 74 yaşlı aktyor avtomobildə özünü pis hiss edib. O, evə çatdıqdan sonra yaxınları dərhal aktyor üçün təcili yardım çağırıblar.

İlkin müayinə zamanı sənətçiyə ürək ritminin pozulması diaqnozu qoyulub. Bundan sonra o, xəstəxanaya yerləşdirilib.

Daha sonra həkimlər Pankratov-Çerninin beş qabırğasının sındığını bildiriblər. Bəlli olub ki, o, Krasnoyarskda qastrol səfəri zamanı ayağı sürüşərək küçədə yıxılıb.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun