Rüsum ödəməlisiniz - YENİLİK
Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Dövlət rüsumu haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihədə aşağıdakı rüsumların qanunvericiliyə salınması təklif edilir:
Pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi - 15 manat Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi - 15 manat Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi - 10 manat Pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi - 10 manat Məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi - 10 manat Model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi - 10 manat Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.