Saat 10:00-da işıq sönəcək - Bu ərazilərdə
Culfada elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.
meqale.com xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq çərçivəsində təsdiqlənmiş tədbirlər planına uyğun olaraq aparılacaq təmir-bərpa işləri səbəbindən Çeşməbasar yarımstansiyasından qidalanan 35 kV-luq Əbrəqunus hava xəttində təmir işləri görüləcək. Bu səbəbdən 35/10 kV-luq Əbrəqunus yarımstansiyasında gərginlik olmayacaq.
Bununla əlaqədar sentyabrın 17-də, saat 10:00-dan 13:00-dək Camaldın, Bənəniyar, Saltaq, Göydərə, Əlincə, Xanəgah, Xoşkeşin, Gal, Şurut, Milax, Qazançı, Boyəhməd və Ləkətağ kəndlərinin elektrik təchizatında fasilələr olacaq.