Sabah 4 kənddə qaz kəsiləcək

Sabah İmişlinin 4 kəndində qazın verilişi dayandırılacaq.

Sabah 4 kənddə qaz kəsiləcək
Sabah İmişlinin 4 kəndində qazın verilişi dayandırılacaq.

meqale.com axar.az-a istinadən xəbər verir ki, "Otuzikilər" ölçü qovşağından qidalanan qaz kəməri üzərində quraşdırılmış kollektordan təbii qazla təmin edilən, diametri PE-200 mm-lik "Qaraqaşlı" orta təzyiqli daxili qaz kəmərində və onun üzərindən ayrılan qollarında kipliyə sınağı aparılacaq.

Buna görə də sabah saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli rayonunun Xoşçobanlı, Mürsəlli, Murğuzallı, Qaraqaşlı kəndlərində (ümumi 905 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.