Sabah HƏMAS üç israilli girovu azad edəcək
Fələstinin HƏMAS hərəkatı fevralın 8-də üç israilli girovu azad etmək niyyətində olduğunu açıqlayıb.
meqale.com xəbər verir ki, onların arasında Almaniya vətəndaşı Ohad Ben-Ami də var.
Bəyanatı HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşmasının nümayəndəsi Əbu Ubeydə yayıb.