“Sabah”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
Kişi basketbolçulardan ibarət "Sabah" klubunun Çempionlar Liqasındakı rəqibləri bəlli olub.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan çempionunun qarşılaşacağı komandalar bu gün İsveçrədə keçirilən püşkatmada müəyyənləşib.
Bakı klubu təsnifat mərhələsinin birinci raundunda İsveçin "Norrçepinq Dolfins" klubu ilə üz-üzə gələcək. Bu raundun qalibi "Friburq Olimpik"lə (İsveçrə) qarşılaşacaq. Təsnifat mərhələləri sentyabrın 15-22-də təşkil olunacaq.
"Sabah" mərhələ adlasa, müntəzəm mövsümdə mübarizə aparacaq. Rimas Kurtinaytisin yetirmələri buna nail olsalar, G qrupunda "Baxi Manresa" (İspaniya), "Bertam" (İtaliya) və "Niners Hemnits"lə (Almaniya) görüşəcəklər.