"Sabah" "Kəpəz"lə də bacarmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

meqale.com xəbər verir ki, günün ilk matçında "Sabah" "Kəpəz"i qəbul edib.

Qarşılaşma 2:2 hesabı ilə bitib. Bu nəticədən sonra hər iki komanda xallarının sayını 5-ə çatdırıb və 8-9-cu yerləri bölüşdürürlər.

Qeyd edək ki, günün digər görüşündə "Səbail" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Daha əvvəl "Sumqayıt" - "Turan Tovuz" (0:0) və "Zirə" - "Neftçi" (1:1) qarşılaşmaları heç-heçə yekunlaşıb. Tura sentyabrın 25-də "Qəbələ" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.