“Sabah” səfərdə “Turan Tovuz”u məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun növbəti oyunu keçirilib.

“Sabah” səfərdə “Turan Tovuz”u məğlub etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun növbəti oyunu keçirilib.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, "Sabah" klubu səfərdə "Turan Tovuz"un qonağı olub. Tovuz şəhər stadionundakı qarşılaşma Bakı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçdakı bütün qollar ilk hissədə vurulub. Doqquzuncu dəqiqədə qonaqların hücumçusu Davit Volkov hesabı açıb. 25-ci dəqiqədə gürcüstanlı forvard dubl edib. 35-ci dəqiqədə Tovuz klubu Fərid Nəbiyevin qolu ilə buraxılan toplardan birinin əvəzini çıxıb. Cəmi iki dəqiqə sonra Bruno Qonsalves hesabı bərabərləşdirib. 42-ci dəqiqədə isə D. Volkov özünün və komandasının 3-cü qoluna imza ataraq, yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 16-ya çatdıran "Sabah" yeddinci pilləyə yüksəlib. 15 xalı olan "Turan Tovuz" isə səkkizinci sıraya geriləyib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"a 1:0, "Sumqayıt" isə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəlib. Tura noyabrın 12-də keçiriləcək "Zirə" - "Qəbələ" və "Qarabağ" - "Səbail" görüşləri ilə yekun vurulacaq.