“Sabah” yeni baş məşqçisinə qovuşdu
Murad Musayevin istefasından sonra baş məşqçi axtarışına çıxan "Sabah", nəhayət, istədiyi mütəxəssisi tapıb.
meqale.com sports.az-a istinadən xəbər verir ki, bu axşam Masazırda "Araz Naxçıvan"ı qəbul edəcək komandanın yeni çalışdırıcısı xorvatiyalı Krunoslav Renduliç olacaq.
50 yaşlı mütəxəssis 2018-ci ildən baş məşqçi kimi işləməyə başlayıb. O, ilk müddətdə vətənində "İstra 1961", "Şibenik" və "Qoritsa" klublarını çalışdırıb. Baş məşqçinin son iş yeri isə 2022-23-cü illərdə Bosniya və Herseqovina "Zrinski"si olub. Komanda Renduliçin rəhbərliyi altında ölkə çempionluğu və kubokunu qazanıb.