Sabiq idarə rəisləri məhkəmə zalında həbs edildi
Xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisləri Ağabəy Ağayev, Mahir Əliyev və baş mühasibi Əjdər Fətullayevin məhkəməsi başlayıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Keçmiş rəislər və baş mühasib ümumilikdə 1 milyon 830 min manatlıq yeyintidə ittiham olunurlar. İbtidai istintaq dövründə dəymiş ziyanın ödənilməsi məqsədilə onlar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi.
Məhkəmədə qətimkan tədbiri yenidən müzakirəyə çıxarılıb və təqsirləndirilən şəxslərin həbs ediməsinin uyğun görüldüyü qənaətinə gəlinib.
Qərara əsasən, Ağabəy Ağayev, Mahir Əliyev və Əjdər Fətullayev barəsində həbs qətimkan tədbiri seçilib, onlar məhkəmə zalında həbs ediliblər.