Sabirabadda 45 yaşlı kişinin meyiti aşkar edilib

Sabirabadda 45 yaşlı kişinin meyiti aşkar edilib.

Sabirabadda 45 yaşlı kişinin meyiti aşkar edilib
Sabirabadda 45 yaşlı kişinin meyiti aşkar edilib.

meqale.com report.az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Həmidov küçəsi, dalan 5, ev 6-da qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 1979-cu il təvəllüdlü Allahverdiyev Telman Məhər oğlunun meyiti hamam otağında aşkar edilib.

Meyit Məhkəmə Tibbi-Ekspertiza və patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.

T. Allahverdiyevin hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.