Sabirabadda avtomobillər toqquşub, xəsarət alanlar var

Sabirabadda "Niva" və "Mersedes" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Sabirabadda avtomobillər toqquşub, xəsarət alanlar var
Sabirabadda "Niva" və "Mersedes" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə Qaratoğay kəndində qeydə alınıb.

Qəza zamanı kənd sakinləri: - 1959-cu il təvəllüdlü Kərimova İradə Hacımayıl qızı, 1998-ci il təvəllüdlü Bağırzadə Zinyət Qurban qızı və Bağırova Fərziyyə Hacımayıl qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.