Şabranda 2 aydır itkin düşən 17 yaşlı qız tapıldı - YENİLƏNİB

19:14

Şabranda 2 aydır itkin düşən 17 yaşlı qız tapıldı - YENİLƏNİB
19:14

Şabranda iyunun 19-dan itkin düşən 17 yaşlı qız tapılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 17 yaşlı Aytən Ömərova Bakı şəhəri ərazisindən tapılaraq ailəsinə təhvil verilib.

--------------- 16.08.2025 Şabran rayonu ərazisində yaşayan 17 yaşlı Aytən Ömərova 2025-ci il iyunun 19-da Bakıda yaşayan xalasıgilə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.