Sabunçuda avtomobil yolu keçən piyadanı vurub

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabunçuda avtomobil yolu keçən piyadanı vurub
Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com xəbər verir ki, avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Hüseyn Talıbovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.