Sabunçuda avtomobillər toqquşdu - yaralı var

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabunçuda avtomobillər toqquşdu -  yaralı var
Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com report.az-a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin 1994-cü il təvəllüdlü İsgəndərov Daşqın Akif oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.