Saç tökülməsinə qarşı ən təsirli içkilər
Bəzi içkilər saçları möhkəmləndirə, tökülməsinin qarşısını ala və baş dərisinin vəziyyətini yaxşılaşdıra bilər.
meqale.com bu içkiləri təqdim edir:
Amla şirəsi - saç strukturunu gücləndirir, qırılmanın qarşısını alır və kollagen istehsalını stimullaşdırır. Bu içki C vitamini, antioksidantlar, dəmir, kalsium və maqneziumla zəngin olan Hindistan bektaşi üzümü (amla) meyvəsindən əldə edilir.
Kök və çuğundur şirəsi - qan dövranını yaxşılaşdırır, saçları gücləndirir və biotin (B qrupu vitamini) ilə zəngindir. Bu vitamin maddələr mübadiləsində mühüm rol oynayır və saç, dəri və dırnaqların sağlamlığını dəstəkləyir.
Aloe vera şirəsi - baş dərisini nəmləndirir, kəpəyi azaldır və saç follikullarını qidalandırır. Onun tərkibində polisaxaridlər, A, C və E vitaminləri, sink və kalium var.
Hindqozu suyu - saçların qurumasının və qırılmasının qarşısını alır. Kalium, maqnezium, B qrupu vitaminləri və antioksidantlar sayəsində mühit təsirlərindən qoruyur.
Çemen (Fenugreek/Meti) suyu - saç köklərini gücləndirir və nazikləşmənin qarşısını alır. Onun tərkibində zülallar, nikotin turşusu və leçitin var ki, bu da saçları nəmləndirir və yumşaq edir.