Sadık Ahmetin həyatı ilə bağlı film çəkilib
Yunanıstanda yaşayan Qərbi Trakya müsəlman türklərinin demokratik hüquqları uğrunda uzun illər mübarizə aparan Dr. Sadık Ahmetin həyatı ilə bağlı film çəkilib.
meqale.com-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin TRT kanalı açıqlayıb.
Məlumata əsasən, fevralın 2-də nümayiş olunacaq filmdə Sadık Ahmet obrazını Turqay Aydın canlandırır. Ssenari müəllifi Mert Dikmen, rejissoru Hakan Yonat olan filmin prodüseri Mahmut Cüneyt Göz, layihə dizaynı və yaradıcı prodüseri Muhammet Ustadır.