Şadlıq saraylarına toy sifarişləri artdı - Qiymətlər bahalaşdı
2024-cü ilin may ayında Bakıda şadlıq saraylarında sifarişlərin sayı 7.1 faiz artıb.
Bu barədə meqale.com-a İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Qeyd edilib ki, tələbin artması qiymətlərə də təsir göstərib. Belə ki, şadlıq saraylarında may ayında qiymətlər 5.3 faiz artıb.
Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox artıb - 7.3 faiz. Qiyməti 40-80 manat olan menyuların qiyməti 4.5 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 4.1 faiz artım qeydə alınıb.