Sahibə Qafarova Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri ilə görüşüb - FOTO
Milli Məclisin sədri Sahibə Qafarova Berlində Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Johann David Vadephul ilə görüşüb.
Parlamentdən meqale.com-a bildirilib ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafında qanunverici orqanların birgə işinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb, parlamentarilər, o cümlədən dostluq qrupları arasında təmasların artırılmasının önəmi diqqətə çatdırılıb. Spiker Sahibə Qafarovanın Milli Məclisin sədri kimi Almaniyaya ilk səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyinə inam ifadə olunub.