Şahmat Federasiyasının vitse-prezidenti müharibədə həlak olub
Ukraynanın Şahmat Federasiyasının vitse-prezidenti Artyom Saçuk cəbhədə həlak olub.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
"Ukraynalı könüllü əsgər Artyom Saçuk Rusiya işğalçılarına qarşı azadlıq müharibəsində həlak olub", - Federasiya qeyd edib.
Şahmat xadiminin hansı şəraitdə öldüyü hələlik bəlli deyil.
Qeyd edək ki, onun 38 yaşı olub. Hələ aprel ayında Saçuk "Ukraynaya hərbi xidmətə görə" medalı ilə təltif edilmişdi.