Sakinlərin nəzərinə! Bunu etməsəniz... - FOTO

Əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanmasına başlanılıb.

Sakinlərin nəzərinə! Bunu etməsəniz... - FOTO
Əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanmasına başlanılıb.

meqale.com xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" məlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən, istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilməlidir:

"Bununla əlaqadar olaraq "Azəristiliktəchizat" ASC-nin əməkdaşları əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanmasına başlayıb.

"Azəristiliktəchizat" ASC-nin əməkdaşları müqavilə bağlanması üçün istehlakçıdan zəruri sənədləri - mənzil mülkiyyətçisinin şəxsiyyət vəsiqəsi və çıxarışın surəti təqdim etməyini xahiş edir. Müvafiq sənədlər əsasında "Azəristiliktəchizat" ASC və istehlakçı arasında müqavilə imzalanır".