Salyanda ağır qəza - 1 nəfər ölüb, 7 yaralı var - YENİLƏNİB
Salyanda baş vermiş qəzada sürücülərdən biri ölüb.
meqale.com APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.
VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində, üçü azyaşlı olmaqla, 8 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Sürücülərdən biri Salyan sakini, 1990-cı il təvəllüdlü Məmmədov Səbuhi Şakir oğlu reanimasiya şöbəsinə ölüb.