Salyanda bir gündə iki qəza - Xəsarət alanlar var

Salyanda baş verən yol-nəqliyyat hadisələrində iki nəfər xəsarət alıb.

Salyanda bir gündə iki qəza - Xəsarət alanlar var
Salyanda baş verən yol-nəqliyyat hadisələrində iki nəfər xəsarət alıb.

meqale.com report-a istinadən xəbər verir ki, ilk qəza rayonun Çuxanlı kəndində, digəri isə şəhərin Bayraq meydanı yaxınlığında qeydə alınıb.

Yol qəzaları zamanı Salyan rayon sakinləri, 1965-ci il təvəllüdlü Nəzirov Bəhruz Musa oğlu və 1972-ci il təvəllüdlü Muradov Mahir Dilavər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.