Salyanda qadın bacısını döydü, polis işə qarışdı
Salyanda qadın bacısını döyüb.
meqale.com oxuya istinadən xəbər verir ki, münaqişəyə səbəb mülk davası olub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirib ki, Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbə sakini Sevinc Tarverdiyeva ötən ayın 27-də DİN-in "102" xidmətinə, 28-də isə Salyan Rayon Polis Şöbəsinə müraciət edərək Salyan rayonu ərazisində bacısı Aybəniz Tarverdiyeva tərəfindən döyülməsi barədə məlumat verib.