Samir Nuriyev Xanlar Ağalarovu kollektivə təqdim etdi - FOTO
Yanvarın 30-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyin edilmiş Xanlar Ağalarovu kollektivə təqdim edib.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, Samir Nuriyev təqdimat mərasimində çıxış edərək Bakı şəhərinin unikal memarlıq xüsusiyyətlərinin bir hissəsi olan Dənizkənarı Milli Parkın paytaxtımızın tarixini və müasir simasını əks etdirən möhtəşəm kompleks, sakinlərimizin və qonaqlarımızın ən çox üz tutduqları gəzinti və istirahət yerlərindən biri olduğunu bildirib.
Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daim Dənizkənarı Milli Parkın inkişafı məsələlərini diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının bilavasitə nəzarəti altında həyata keçirilmiş genişmiqyaslı quruculuq işləri nəticəsində dünya miqyaslı mədəniyyət incisinə çevrilmiş Bakı bulvarının ərazisi 215 hektara, uzunluğu isə 16,7 kilometrə çatdırılıb.