Samuxda yeniyetmə damda özünü asıb

Samux rayon Kolayır kəndində intihar hadisəsi olub.

Samuxda yeniyetmə damda özünü asıb
Samux rayon Kolayır kəndində intihar hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, kənd sakini, 2007-ci il təvəllüdlü N.Rəhimli axşam saatlarında tövlənin çardağından özünü asaraq intihar edib.

Onun hansı səbəbdən intihar etdiyi hələ məlum deyil.

Qeyd edək ki, mərhum ailənin 3 övladından biri olub.

Faktla bağlı araşdırma aparılır.