Samvel Şahramanyan Rusiyanın oyuncağıdır - Baqramyan 26

meqale.com xəbər verir ki, Ermənistan informasiya məkanının ciddi resurslarından sayılan və Paşinyan hökumətinə yaxınlığı ilə tanınan Baqramyan 26 kanalı yazır:

"Samvel Şahramanyanın bu günkü qərarı Qarabağ erməniləri üçün heç nə ifadə etmir. O, Rusiyanın oyuncağıdır və belə görünür ki, sülh danışıqlarını pozmaq üçün Kremldən birbaşa əmr alıb. Məqsəd Ermənistana qarşı yeni müharibənin başladılmasına nail olmaqdır. Bir daha bildirmək yerinə düşər ki, Samvel Şahramanyanın istənilən qərarının və addımının Ermənistan ərazisində heç bir hüquqi əsası yoxdur. Onun bu günkü təxribatı birmənalı olaraq Rusiyanın sifarişidir və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına əngəl törətməyə hesablanıb".