San-Fransiskonun ən hündür qülləsində ölüm rəqsi - FOTO
San-Fransisko sakinləri möhtəşəm olduğu qədər təhlükəli hadisənin şahidi olublar. Belə ki, ABŞ-də tanınmış "Bandaloop" rəqs qrupunun üzvləri şəhərin ən hündür binası olan "Transamerica" Piramidasının divarında şaquli vəziyyətdə rəqs ediblər.
meqale.com oxuya istinadən bildirir ki, sakinlər əvvəlcə binanın üzərində narıncı kombinezonlardakı trionu görəndə heyrətə gəliblər. Az sonra bunun sadəcə qrup üzvlərinin rəqsi olduğu aydınlaşıb. Bununla belə sakinlər narahatlıqlarını gizlədə bilməyiblər. Onlar qrupun bu fəaliyyətini "ölüm rəqsi" kimi qiymətləndiriblər.
O da vurğulanır ki, qrupun bu fəaliyyəti heç bir nümayişin və ya aksiyanın bir hissəsi olmayıb.
Qeyd edək ki, "Transamerica" Piramidası dünyanın ən hündür binaları siyahısında altıncı yerdədir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun