Sankt-Peterburqdakı Baş Konsulluqda saat 17:00-a səs verən seçicilərin sayı məlum olub

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda yerli vaxtla saat 17:00-a olan məlumata görə 839 seçici səs verib.

meqale.com Secki-2024.az-a istinadən xəbər verir ki, Baş Konsulluqdakı seçki məntəqəsinin seçici siyahısında 1 030 nəfər seçici qeydə alınıb. Səsvermənin gedişi prosesində MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidəçiləri məntəqəyə gəliblər.

MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun eksperti Stanisalv Tkaçenko bildirib ki, MDB PA-nın müşahidəçiləri həm səsvermənin gedişini, həm də səslərin hesablanması prosesini müşahidə edəcəklər.