Sarkoziyə elektron qolbaq taxılacaq

Fransanın keçmiş prezidenti Nikola Sarkozi elektron qolbaq taxacaq.

Sarkoziyə elektron qolbaq taxılacaq
Fransanın keçmiş prezidenti Nikola Sarkozi elektron qolbaq taxacaq.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Le Figaro" yazıb.

"İstintaqa yaxın mənbənin məlumatına görə, fevralın 7-də Nikola Sarkozi telefon dinləmə işinin bir hissəsi kimi elektron qolbaq taxmağa məhkum edilib", - nəşr qeyd edib.

Belə ki, dekabrda Kassasiya Məhkəməsi Sarkozinin telefon dinləmələri ilə bağlı şikayətini rədd edib və onun "korrupsiya və nüfuz alverinə görə" cəzalandırılmasına qərar verib.

Eks-prezident hökmdən Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) apellyasiya şikayəti verəcəyini bildirib.

Xatırladaq ki, Nikola Sarkozi 2012-ci ildə uduzduğu prezident seçkiləri kampaniyasına qeyri-qanuni maliyyə yardımı göstərdiyi iddiası ilə 6 ay şərti olmaqla ümumilikdə 1 il həbs cəzasına məhkum edilmişdi.