SAXAL: “120-dən çox mülki şəxs HƏMAS-ın əsirliyindədir” - FOTO
Qəzzada 120-dən çox mülki şəxs Fələstinin radikal HƏMAS hərəkatının silahlıları tərəfindən əsir götürülüb.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) "X" sosial şəbəkəsində məlumat verilib.
"SAXAL Qəzzada 120-dən çox dinc sakinin HƏMAS terror təşkilatı tərəfindən əsir götürüldüyünü təsdiqləyib", - deyə məlumatda bildirilir.
Oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrailə daxil olmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.