Şaxta baba maşın oğurladı - FOTO

Rusiyanın İrkutsk vilayətinin Nijneudinsk şəhərində Şaxta baba bölgə sakinlərini təbrik etmək üçün maşın oğurlayıb.

Şaxta baba maşın oğurladı - FOTO
Rusiyanın İrkutsk vilayətinin Nijneudinsk şəhərində Şaxta baba bölgə sakinlərini təbrik etmək üçün maşın oğurlayıb.

meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə polisdən məlumat verilib.

Məlumata görə, oğurlanan avtomobilin sahibi mağazaların birinin yaxınlığında Şaxta baba geyimində oğlanı görüb və onu gedəcəyi yerə qədər aparmağı təklif edib ki, şəhər sakinlərini təbrik edə bilsin.

Yolda sürücü maşını saxlayaraq mağazaya girib, qayıtdıqda isə maşını yerində görməyib. O, polisə müraciət edib. Tezliklə maşın, sonra isə Şaxta baba tapılıb.

Şaxta baba etiraf edib ki, avtomobil sahibini gözləməmək və Nijneudinsk sakinlərini təbrik etmək üçün maşını özü idarə etmək qərarına gəlib.