Saxta pensiya təyinatı ilə bağlı nazirlikdən AÇIQLAMA
Pensiya təyinatı zamanı korrupsiya və bürokratik süründürməçilik halları tamamilə aradan qalxıb.
meqale.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-in saxta pensiya təyinatı ilə bağlı sorğusuna cavabında bildirilib.
Qeyd edilib ki, son beş ildə pensiya sistemində aparılan təkmilləşdirmələr, yalnız hüququ çatan şəxslərin təminatı istiqamətində çox ciddi addımlar atılıb.