“Səbail” “Kəpəz”i darmadağın etdi

Azərbaycan Premyer Liqasında VI turun oyunları davam edir.

“Səbail” “Kəpəz”i darmadağın etdi
Azərbaycan Premyer Liqasında VI turun oyunları davam edir.

meqale.com xəbər verir ki, günün ilk matçında "Kəpəz"lə "Səbail" Gəncədə üz-üzə gəliblər.

"Dənizçilər" erkən qolla hesabı açıblar. 2-ci dəqiqədə Yusif Nəbiyev fərqlənib. Oyunun 16-cı dəqiqəsində Pana, 54-cü dəqiqədə isə Aleksandor Ramalinqom rəqibin qapısına yol taparaq səfərdə 3:0 hesablı qələbə qazanıb.

"Səbail" 10 xalla müvəqqəti olsa da, ikinci pilləyə yüksələ bilib. "Kəpəz" isə 4 xalla 9-cu sıradadır.

Qeyd edək ki, turun ilk matçında "Zirə" "Sumqayıt"ı 1:0 hesabı ilə üstələyib. "Turan Tovuz" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları sentyabrın 17-də baş tutacaq.