Seçkilərdə bütün namizədlər üçün bərabər şərait və imkan yaradılmışdı - Qırğız deputat

Fevralın 8-də MDB Parlament Assambleyasının (İƏT PA) müşahidə missiyası Azərbaycanda növbədənkənar prezident seçkilərinin ilkin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Seçkilərdə bütün namizədlər üçün bərabər şərait və imkan yaradılmışdı - Qırğız deputat
Fevralın 8-də MDB Parlament Assambleyasının (İƏT PA) müşahidə missiyası Azərbaycanda növbədənkənar prezident seçkilərinin ilkin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

meqale.com Trend-ə istinadən bildirir ki, Qırğızıstan parlamentinin nümayəndə heyətinin rəhbəri, MDB PA müşahidə missiyasının üzvü İskəndər Matraimov Azərbaycanda seçkilərin keçirilməsi üçün bütün lazımi şərait yaradıldığını vurğulayıb.

Qeyd edib ki, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində müxtəlif partiyalardan nümayəndələrin namizədliklərinin irəli sürülməsi demokratiyanın təzahürüdür. Bu onu göstərir ki, seçicilər üçün alternativ namizədlərin yer aldığı platforma mövcud olub.

"Bütün namizədlərə bərabər şərait yaradılmışdı. Öz təşəbbüsü ilə namizədliyi irəli sürülənlər də daxil olmaqla, hər bir namizədə təşviqat kampaniyası üçün mümkün olan bütün çıxış imkanları təşkil edilmişdi. Seçki prosesində beynəlxalq standartlarda göstərilən şərtlərə riayət olunub", - deyə o qeyd edib.

Xaricdə yaşayan vətəndaşlar üçün də zəruri şəraitin yaradıldığını bildirən İskəndər Matraimov evindən çıxa bilməyən şəxslərin də səsvermə hüququnun təmin edildiyini diqqətə çatdırıb.

Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.