Şəhid Həsən İsmayılov Gəncədə dəfn edildi - YENİLƏNİB - FOTO
13:10 Laçında avtomobil qəzasında həlak olan gizir İsmayılov Həsən Ümid oğlu Gəncədə dəfn edilib.
meqale.com APA-ya istinadən bildirir ki, yol qəzasında həlak olan hərbi qulluqçunun nəşi əvvəlcə Gəncə şəhərində yerləşən evinə aparılıb. Onunla yaşadığı evdə vida mərasimi keçirilib.
Mərasimdən sonra gizir Həsən İsmayılov Gəncənin Şəhidlər Xiyabanında dəfin edilib. Dəfn mərasimində onun ailə üzvləri, hərbçi yoldaşları, şəhər icra hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyəti iştirak edib.
------- 10:58 Laçında avtomobil qəzasında həlak olan hərbçilərdən biri bu gün saat 12:00-da son mənzilə yola salınacaq.
meqale.com oxuya istinadən xəbər verir ki, gizir Həsən Ümid oğlu İsmayılov bu gün saat 12:00-da Gəncə Şəhidlər xiyabanında dəfn ediləcək. 28 yaşlı Həsən İsmayılovun bir qızı və bir oğlu var.
Xatırladaq ki, yanvarın 4-ü saat 09:30 radələrində Laçın rayonun Minkənd kəndində çətin relyefli dağlıq ərazidə "Ural" markalı hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.