Şəhid Vüsalın əmisinin qətlinə görə hökm oxundu - FOTO

Sumqayıtda vəzifəli şəxs olan Mahir Allahverdiyevi qətlə yetirməkdə ittiham olunan Murad Kazımovun cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki,  Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Murad Kazımov xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2022-ci ilin dekabrında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində baş verib. M.Kazımov M.Allahverdiyevi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

2003-cü il təvəllüdlü M.Kazımovun 1975-ci il təvəllüdlü Mahir Allahverdiyevi qətlə yetirməsində əsaslı şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.