Şəhidin doğum günündə qızı dünyaya gəldi
Antitteror tədbirləri zamanı qəhrəmancasına şəhid olan Ramil Rəhimovun doğum günündə qız övladı dünyaya gəlib.
meqale.com "Baku TV"yə istinadən xəbər verir ki, şəhid övladının adını özü seçibmiş - Yağmur.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü Ramil Rəhimov 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn edilib.