Siyahıda Ata Abdullayev də var?

Müxtəlif cinayətlərdə təqsirli bilinərək həbs edilmiş bloqer Ata Abdullayevin də Amnistiya aktının təsirinə düşməsi və azadlığa buraxılacağı ilə bağlı məlumatlar yayılıb.

meqale.com xəbər verir ki, məhkumun vəkili Telman Abdıyev "Qafqazinfo"ya açıqlamasında məlumatı təkzib edib.

O bildirib ki, Ata Abdullayevin Amnistiya aktına əsasən azadlığa buraxılması mümkün deyil:

"Mediada yayılan məlumatlar həqiqəti əks etdirmir. Ata Abdullayev ağır cinayət törətməkdə təqsirli bilinib. Onun ittiham olunduğu maddələr-182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) Amnistiya aktının təsiri altına düşmür".