“Səhralıqda çox qızların başına oyun açıblar” - Model Səmra

"Diqqət cəlb etmək üçün nə sinəmə nə də ki arxama silikon qoyub yekəltməmişəm. Özüm simamla diqqət cəlb edirəm. Dənizə gedəndə insanlar hansı geyimdə gedirlər? Dənizə xalça ilə getmirlər. "Dənizdə olar amma küçədə olmaz" kimi düşünən insanların özünü inkişaf etdirmələrini tövsiyyə edirəm. Xaricə köçməyə can atırlar. Çox kişilər buradakıları lağa qoyular amma xaricə köçən kimi şort geyinirlər".

meqale.com xəbər verir ki, bu sözləri "Miss Azerbaijan - 2019" model Səmra Hüseynova news24 saytına müsahibəsində deyib. 

Model bildirib ki, evdar xanımı olmaq istəmir:

"Evdar xanım olmaq istəmərəm. Amma milyarder evdar xanımı olmaq istəyərəm. Yatım, durum, içi pulla dolu kart versin alış-verişə gedim, aparsın məni Maldiv adalarına, klublara, diskotekalara, 50 qram vodkadan vurum, oradan gedim əylənim... Belə münasibət olacaqsa evdar xanım olaram. Yoxsa evdə oturum, uşağıma ayfon ala bilməyəcəyəmsə evdar qadın olmaram. İstəmərəm ki, övladım olsun və onun hansısa bir sıxıntısı olsun. Kimsə ona desin ki, sənin ayfonun yoxdur".

4 il əvvəl Dubaydan aldığı təklifdən söz açan Səmra həmin təklifin pərdəarxası məqamlarından bəhs edib: