Şəhriyar Məmmədyarov çempion oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniya çempionu olub.

Şəhriyar Məmmədyarov çempion oldu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniya çempionu olub.

İdman.biz xəbər verir ki, təcrübəli qrossmeysterimiz komandalararası Bundesliqanın qalibi adını qazanıb.

O, şərəfini qoruduğu "Viernheim" klubunun heyətində çempionluq yaşayıb. Şəhriyarın komandası 15 turda 15 qələbə ilə 1-ci yerə sahib çıxıb.

Nicat Abasovun çıxış etdiyi "Ötigheim" Bundesliqanı 6-cı yerdə başa vurub. Onun komandası 8,5 xal toplayıb.