Şəkidə 68 yaşlı qadını avtomobil vuraraq öldürüb
Şəkidə qadını avtomobil vuraraq öldürüb.
meqale.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Belə ki, bu gün saat 00:10 radələrində Şəki şəhəri ərazisində Rövşən Muradov idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən piyada 1956-cı il təvəllüdlü Qəribə Həmid qızı Abdullayevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.