Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq öldürüb
Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan meqale.com-a verilən məlumata görə, aprelin 12-də saat 04 radələrində Şəki rayonunun Abbas kəndi ərazisində Rüstəm Məmmədov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən piyada, 1935-ci il təvəllüdlü Şamxalov Mürsəl Əziz oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Araşdırma aparılır.